Hakan Çalhanoğlu Premyer Liqa klubunun hədəfində

"Milan"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçunu "Nyukasl" transfer etmək istəyir. Premyer Liqa klubu Türkiyə millisinin üzvü ilə danışıqlara başlamaq fikrindədir.

Xəbərdə "Milan"ın maliyyə dayağı yaratmaq üçün bəzi futbolçuları satmağı düşündüyü qeyd edilib.

"Milan" Çalhanoğlu 2017-ci ildə "Bayer"dən 22 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right