“İndi 25 il “Roma”da oynayan oğlan çətin tapılar" - Totti

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti keçmiş klubu ilə bağlı danışarkən maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, "qladiotar" ləqəbli keçmiş hücumçu artıq heç kimin onun qədər “Roma”ya sədiq olmadığını bildirib:

“İndi mənim kimi 25 il “Roma”da oynayacaq oğlan çətin tapılar. Bir müddətdən sonra onu başqa klub alacaq. Artıq “Roma”da uzun müddət oynamaq mümkün deyil”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Roma”dan başqa heç bir klubda çıxış etməyən İtaliya millisinin sabiq üzvü bir müddət əvvəl  “canavarlar”ın idman direktoru təyin olunsa da, klub rəhbərliyi ilə arasındakı fikir ayrılığına görə istefa verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right