İbrahimoviç oynadı, "Milan" heç-heçə etdi

“Milan”ın yeni transferi Zlatan İbrahimoviç bu gün A Seriyasının 18-ci turunda “Sampdoriya” ilə keçirilən görüşdə meydana çıxıb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı hücumçu görüşə ehtiyatda başlayan isveçli hücumçu 55-ci dəqiqədə meydana daxil olub. Matç qolsuz bərabərliklə başa çatıb. Bu, İbrahimoviçin kluba ikinci qayıdışından sonra debüt oyunu olub.

Qeyd edək ki, İbrahimoviç ötən ay "Milan"la bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Əlavə edək ki, "Milan" hazırda 22 xalla 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right