Karius "Liverpul"a qayıdacaq

"Beşiktaş"la mövsümün sonunda icarə müqaviləsi başa çatacaq Loris Karius "Liverpul"a qayıdacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə "Daily Mirror" məlumat yayıb. Buna səbəb klubun maliyyə cəhətdən zəif olmasıdır. Xəbərdə İstanbul təmsilçisinin 8 milyon avroluq satın alma şərtindən istifadə edə bilməyəcəyi qeyd edilib. Bu səbəbdən də Karius yayda "Liverpul"a qayıtmaq məcburiyyətində qalacaq.

26 yaşlı qolkiperin mersisaydlılarla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 2018-ci ildən "Beşiktaş"da çıxış edən Karius komandada 57 oyun keçirib. "Liverpul" 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi gələcək planlarında görmür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right