"Görək, Beqoviçlə bağlı növbəti qərar necə olacaq"

"Qarabağ"la icarə müqaviləsi başa çatdığı üçün İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"a qayıdan Asmir Beqoviçin gələcəyi qeyri-müəyyəndir.

Newsport.az-ın məlumatına görə, "gilaslar"ın baş məşqçisi Eddi Hou 32 yaşlı qolkiperlə bağlı qərar verilmədiyini deyib:

"Beqoviç hələ dincəlir. Məncə, yaxın günlərdə komandaya qayıdacaq. Hələ gözləyirik. Görək, Asmirlə bağlı növbəti qərar necə olacaq".

Bosniyalı qapıçının adı daha çox "Vest Hem"lə hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right