Ever Baneqadan sürpriz transfer qərarı

"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa karyerasını Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubunda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu ərəblərlə müqavilənin şərtlərində razılıq əldə edib. "Əl-Əhli" müqaviləsinin başa çatmasına 6 ay qalmış futbolçunu transfer etmək üçün ənədlüsiyalılara 7 milyon avro təklif edib. "Sevilya"nın bu təklifi qəbul edəcəyi gözlənilir.

31 yaşlı futbolçu bu mövsüm 17 oyuna 2 qol vurub, 6 assist edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right