"Real"ın yeni transfer hədəfi

"Real"ın transfer hədəfində olan yeni futbolçunun adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşi transfer etmək istəyir. "Kral klubu" portuqaliya futbolçunu heyətinə cəlb etmək üçün 65 milyon avroluq təklifə hazırlaşır.

22 yaşlı yarımmüdafiəçinin agenti Jorje Mendeş bu keçidi həll etmək üçün danışıqlar aparır.

"Portu"nun yetirməsi 2017-ci ildə "Vulverhempton"a 17,9 milyon avroya transfer olmuşdu. Neveş bu mövsüm 31 oyuna 3 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right