Zlatan İbrahimoviç "Milan"a keçidindən danışdı

"Los-Anceles Qalaksi"dən ayrıldıqdan sonra "Milan"a qayıdan Zlatan İbrahimoviç klubun saytına açıqlamalar verib.

 

Newsport.az-ın məlumatına görə, 38 yaşlı hücumçu 21 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb:

 

"Bunu böyük oğlum seçdi. Ailəmə boşda olan nömrələri göstərdim və 21-in üzərində dayandıq".

 

- Hədəfiniz nədir?

- Klubun və komandanın durumunu düzəltmək lazımdır. Buna görə çalışmalıyıq. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm.

 

- "Milan"ın adı gələndə ağlınızdan nə keçir?

- Burada gözəl xatirələrim var. Böyük bir klub, möhtəşəm komanda və əzəmətli "San Siro".

 

- Zlatan necə uşaq olub və indi necə atadır?

- Uşaqlığım indiki Zlatanla eynidir. Uğurlara ac, əzmli və həddindən artıq özündənrazı.

 

- Geri dönəndə Maldini və Bobanla görüşmək necə hiss idi?

- Son 3 həftədə həyat yoldaşımdan çox onlarla görüşmüşəm. Hər şey müsbətə doğru getdi və indi də burdayam.

 

- İbrahimoviç heç vaxt qorxmayıb?

- Xeyr.

 

- "Zlatanometr" geri dönüşünün sürətini neçə göstərir?

- 200 km/saat.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right