"Qəbələ"dən Yunanıstan klubuna keçir

"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi "Lamiya"nın hədəfindədir. Seneqallı futbolçu bu təklifə müsbət yanaşıb. O, transferin reallaşması üçün vizanın həll olunmasını gözləyir.

Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2012-2013 mövsümündə "İnter" (indiki "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də oynayıb. Təcrübəli futbolçu daha öncə Yunanıstanda "Levadiakos"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right