"Arsenal"ın iki futbolçusu uzun müddət oynamayacaq

“Arsenal”ın iki futbolçusu - Kalum Çemberslə Kiran Tirni əməliyyat edilib.

Newsport.az-ın məlumatına görə, Çembers Premyer Liqanın 20-ci turunda “Çelsi” ilə oyunda (1:2) zədələnmişdi. 24 yaşlı müdafiəçi ən azı 9 ay yaşıl meydanlardan kənar qalacaq.

Tirni isə Premyer Liqanın 16-cı turunda “Vest Hem”lə oyunda (3:1) zədələnmişdi. 22 yaşlı müdafiəçi martdan sonra yaşıl meydanlara qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right