"Samtredia" Nicat Qurbanovu saxlamaq istəyir

Gürcüstanın "Samtredia" klubu azərbaycanlı futbolçu Nicat Qurbanovu komandada saxlamaq istəyir.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi hələ qərar vermədiyini deyib:

"Bir-iki məsələ var, xəbər gözləyirik. "Samtredia"dan təklif var. Qərar vermək üçün son danışıq olmalıdır. Sponsordan xəbər çıxmalıdır. Gürcüstanda çox komanda bilir ki, "Samtredia"da qalmağa qərar vermişəm. Əgər bu komandada qalmasam, başqa klubla danışıqlar apara bilərəm".

Nicat Qurbanov 8 qol, 4 assistlik performansla "Samtredia"nın yüksək liqaya çıxmasında böyük rol oynamışdı. Onun Gürcüstan klubu ilə müqaviləsi başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right