"Real" Maneni transfer etmək üçün ilk addımı atdı

"Liverpul"un futbolçusu Sadio Mane "Real"ın transfer hədəfindədir.

Newsport.az-ın məlumatına görə, Madrid klubu seneqallı vingeri yayda heyətinə qatmaq üçün ilk addımları atıb. Manenin agenti və yaxınları ilə Paris şəhərində görüş baş tutub. "Kral klubu"nun rəsmiləri komandanın baş məşqçisi Zinəddin Zidanın Manenini öz heyətində arzuladığını vurğulayıb. Bundan əlavə, 27 yaşlı futbolçunun alacağı maaş da müzakirə edilib.

"Real" yayda Xames Rodriqes və Qaret Beyllə yolları ayırmaq istəyir. Zidan komandanın hücum xəttini Sadio Mane, Eden Hazard və Kərim Benzema ilə qurmaq istəyir. Fransalı mütəxəssis bu trio ilə favorit olacaqlarını düşünür.

"Liverpul" Maneni 2016-cı ildə "Sauthempton"dan 41,2 milyon avroya transfer etmişdi. Seneqal millisinin kapitanının müqaviləsi 2023-cü ilə qədərdir. Mane bu mövsüm 27 oyuna 14 qol vurub, 11 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right