Türkiyəli futbolçunun evi Fransada qarət edildi

Fransanın "Lill" klubunun türkiyəli futbolçusu Yusuf Yazıçının evi qarət edilib.

Newsport.az-ın məlumatına görə, hadisə Lill şəhərində baş verib. 22 yaşlı futbolçu zədəsinin müalicəsi üçün Türkiyəyə qayıtdığı üçün evində heç kim olmayıb. Oğrular evi soymaqla yanaşı, futbolçunun maşınını da oğurlayıb.

Fransa polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Yusuf Yazıcı diz bağları qopduğu üçün mövsümü başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right