Halkın trasnferi ilə bağlı açıqlama

İspaniya La Liqasında mübarizə aparan "Espanyol"un transfer hədəfində olan "Şanxay SIPG" klubunun hücumçusu Halk yayılan xəbərlələ münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, Braziliya millisinin keçmiş üzvü Avropaya qayıtmağı düşünmür. Bu barədə Çin klubunun idman direktoru Rufete yayılan xəbərləri təkzib edib:

"Gəlin, gülməli olmayaq. Klubu çempionatda saxlamaq üçün mübarizə aparırıq. Belə bir vaxtda transfer barədə fikirləşmək düzgün deyil. Belə iddiaların necə ortaya çıxdığını müəyyən etmək çətindir".

33 yaşlı hücumçu 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. Halk Çin təmsilçisində 124 oyuna 68 qol vurub, 53 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right