Anası ulduz futbolçunu "Yuventus"dan Premyer Liqa klubuna aparır

"Yuventus" yayda PSJ-dən azad agent statusu ilə transfer etdiyi Adrien Rabyönu satmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, futbolçunun agentliyini edən anası Veronika Rabyö İngiltərənin "Everton" klubu ilə anlaşıb. Liverpul təmsilçisinin 24 yaşlı yarımmüdafiəçini satın alma şərti ilə icarəyə götürəcəyi gözlənilir.

PSJ-nin yetirməsi Kriştiano Ronaldodan sonra Turin təmsilçisində ən çox maaş alan futbolçudur. Onun illik qazancı 9 milyon avrodur.

Rabyö bu mövsüm 12 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right