Anri: "Liverpul" məğlubiyyətsiz çempion olacaq"

"Arsenal"ın sabiq hücumçusu Tyerri Anri "Liverpul"un bu mövsüm məğlub olmadan İngiltərə çempionu olacağını deyib.

Newsport.az-ın məlumatına görə, MLS təmsilçisi "Monreal İmpekt"ın baş məşqçisi Premyer Liqada 35 oyundur uduzmayan "qırmızılar"ın mövsümün sonuna qədər məğlubiyyət yaşamayacağını söyləyib:

"Liverpul"un çempionluğuna şübhə qalmayıb. Bu komandanı çempionatda məğlub edəcək rəqib yoxdur. "Liverpul" mövsümün sonuna qədər məğlub olmayacaq".

"Arsenal"ın 2003/04 mövsümündə məğlubiyyətsiz çempion olduğu mövsümdə Anri 30 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right