Trent Aleksander-Arnold: "Başqa komandada oynayacağımı düşünə bilmirəm"

"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold gələcək karyerasından danışıb.

Newsport.az-ın məlumatına görə, İngiltərə millisinin üzvü "qırmızılar"In əfsanəsi olmaq istədiyini bildirib:

"Liverpul"da kapitan olmaq, mümkün qədər bu komandada çox oynamaq və kuboklar qazanmaq istəyirəm. Bunları yaşamaq arzumdur. Başqa klubda oynamağı düşünə bilmirəm. Baş məşqçimiz Yurgen Kloppla necə inkişaf edəcəyimiz barədə mütəmadi danışırıq. Komandaya fayda vermək üçün çox çalışırıq. Gənc futbolçu üçün yalnız öz üzərində çalışmağı lazımdır".

21 yaşlı futbolçu bu mövsüm 25 oyuna 2 qol vurub, 9 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right