"Qalatasaray" uruqvaylı müdafiəçi ilə anlaşdı

"Qalatasaray" qış fasiləsində ilk transferini reallaşdırıb. Newsport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Leypsiq"in müdafiəçisi Marselo Saraççi "cim-bom"la anlaşıb.

Naqatomo ilə yollarını ayıran "sarı-lacivərdlilər" onun mövqeyinə məhz 21 yaşlı oyunçunu icarəyə götürüb. Uruqvaylı sol cinah oyunçusu İstanbul nəhəngi ilə 1,5 illik icarə müqaviləsi bağlayıb.

Qeyd edək ki, Marselo Saraççinin "Leypsiq"lə sözləşmə müddəti 2023-cü ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right