Prosineçki Super Liqa klubu ilə anlaşdı

Bosniya və Herseqovina yığmasından ayrılan Robert Prosineçki Türkiyədə çalışacaq.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis “Kayserispor”la razılaşıb. Xorvatiyalı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir.

Prosineçki 2012-2013-cü illərdə də "Kayserispor"un baş məşqçisi olub.

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun Nikola Yurçeviçin gedişindən sonra yığmaya qayıdacağı gözlənilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right