Emil ən yaxşı qapıçılar sırasında

"Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox seyv edən qapıçılardan biridir.

Newsport.az-ın məlumatına görə, millimizin qolkiperi geridə qalan çempionatda etdiyi 29 qurtarışla ilk "3-lük"də qərarlaşıb. O, yalnız Karaqanda "Şaxtyor"unun qapıçısı İqor Şatski (31) və "Astana"nın qolkiperi Nenad Eriçdən (34) geri qalıb.

Qeyd edək ki, Emil ötən mövsüm "Tobol"un heyətində 18 çempionat oyununda qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right