“Siti”dən Qvardiolanın gələcəyi ilə bağlı Önəmli açıqlama

“Mançester Siti” baş məşqçisi Xosep Qvardiolanın mövsümün sonu klubu tərk edəcəyi haqda xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, “Siti”nin direktoru Ferran Soriano bildirib ki, Pep müqaviləsi başa çatana – 2021-ci ilin yayına qədər komandanı çalışdırmaqda davam edəcək:

“Pep özü də deyib ki, onun hələ 2 illik müqaviləsi var. Ona görə də nəyisə müzakirə etməyə ehtiyac yoxdur. O, həmin vaxta kimi klubdan getməyəcək. “Siti” çətin mərhələləri aşmaq üçün yetərincə güclüdür”.

Ferran Soriano deyib ki, klub əsas komandanın İngiltərə Premyer Liqasındakı nəticələrindən razı deyil: “Premyer Liqada yüksək rəqabət var. İstənilən komanda digərinə qalib gələ bilər. Məğlubiyyətlərimizin sayını çoxluğu ilə barışa bilmərik. Amma bu, futboldur”.

Xatırladaq ki, hazırda “Mançester Siti” 19 oyundan 38 xalla turnir cəvdəlində üçüncü yeri tutur (18 matç keçirən lider “Liverpul”dan 14 xal geri qalmaqla).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right