"Monako" Jardimi istefaya göndərdi yeni baş məşqçi bəllidir

Fransanın "Monako" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Leonardo Jardimlə yollar ayrılıb. Portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

45 yaşlı mütəxəssisi ispaniyalı çalışdırıcı Roberto Moreno əvəz edib. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

42 yaşlı çalışdırıcının son iş yeri İspaniya millisi olub. O, 6 oyunda yığmanın baş məşqçisi olub.

Jardim 2014-2019-cu illərdə "knyazlıq klubu"nu çalışdırıb. "Monako" onun rəhbərliyi altında bir dəfə Fransa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right