“Tottenhem” TOP-10-u açıqladı “Qarabağ”la oyun da var

“Tottenhem” klubunun rəsmi saytı əsas komandanın son 10 mövsümdə hər mövsüm üçün 10 ən yaxşı oyununun siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, komandanın 2015/16 mövsümündəki ən yaddaqalan 10 matçı sırasında “Qarabağ”a qarşı keçirilən Avropa Liqasının qrup mərhələsinin ilk görüşü də yer alıb.

2015-ci ilin sentyabrın 17-də Londonda keçirilən bu qarşılaşmada “Tottenhem” 3:1 hesabı ilə qələbə qazanıb. Londonlular bu oyunu ona görə TOP-10 matçlar sırasına daxil edib ki, komandanın hazırkı ulduzlarından olan Son Hın Min bu görüşdə ev debütü edib və 2 qol vurub.

Xatırladaq ki, həmin oyunda hesabı 7-ci dəqiqədə penalti ilə “Qarabağ” açıb (Riçard Almeyda). 28 və 30-cu dəqiqədə Son Hın Min, 86-cı dəqiqədə isə Erik Lamelanın qolu sayəsində yerli komanda 3:1 hesabı ilə qələbə qazanıb.

“Tottenhem” Bakıdakı oyunda da Ağdam klubunu məğlubiyyətə uğrada bilib (1:0).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right