Rakitiç yığma karyerasını başa vurur

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki karyerasını bitirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi “Sportske Novosti”yə açıqlamasında bu barədə danışıb. O, Avropa çempionatından sonra yığma karyerasını bitirməyi düşündüyünü deyib.

Rakitiç 2007-ci ildən Xorvatiya millisində çıxış edir. O, yığmada 106 oyuna çıxıb və 15 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right