UEFA-dan Azərbaycan klublarına ödəniş

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"dan başqa hər bir kluba 56 794,43  məbləğində ödəniş olunub.

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.

"Neftçi" - 56,794.43 avro
"Səbail" - 56,794.43 avro
"Qəbələ" - 56,794.43 avro
"Zirə" - 56,794.43 avro
"Sumqayıt" - 56,794.43 avro
"Sabah" - 56,794.43 avro
"Keşlə" - 56,794.43 avro

"Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right