"Qalatasaray"dan La Liqa klubuna keçə bilər

"Qalatasaray"ın yolları ayırmaq istədiyi Rayan Babel karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu mövsüm La Liqada zəif nəticələr göstərən "Selta" Niderland millisinin üzvünü transfer etmək istəyir. Viqo təmsilçisi 33 yaşlı vingerin transferi üçün rəsmi təklif yollamağa hazırlaşır.

Babel 2016/17 mövsümündə La Liqanın digər təmsilçisi "Deportivo"da oynayıb. Təcrübəli futbolçu yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right