Türkiyə millisinin üzvləri "Lester Siti"nin transfer hədəfində

"Lester Siti"nin transfer hədəfləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "tülkülər" "Yuventus"un müdafiəçisi Merih Demiralla maraqlanır. Komandanın baş məşqçisi Brendan Rocers Türkiyə millisinin üzvünün performansını bəyəndiyi üçün rəhbərliyi altında görmək istəyir.

Ceyms Meddisonu saxlaya bilməyəcəyi gözlənilər "Lester Siti" axtardığı "10 nömrə"ni "Milan"da tapıb. Premyer Liqa klubu "qırmızı-qaralar"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlunu rənglərinə bağlamaq fikrindədir.

Növbəti mövsüm Çempionlar Liqasında oynayacağı gözlənilən "Lester Siti" iki transfer üçün ən azı 50 milyon avro büdcə ayırmağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right