2019-cu ilin bombardiri müəyyənləşdi

2019-cu ilin ən məhsuldar futbolçuları müəyyənləşib. Newsport.az saytı xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ilin bombardiri olmağı bacarıb.

Yanvarın 1-dən bəri polşalı forvard 59 oyunda 54 qola imza atmaqla buna nail olub. Onu 58 matçda 50 dəfə fərqlənən "Barselona"nın argentinalı kapitanı Lionel Messi izləyib. İlk "üçlüy"ü PSJ-nin və Fransa millisinin forvardı Kilian Mbappe qapayıb. Gənc forvard 49 görüşdə 44 qola imza atıb.

Qeyd edək ki, 2014-cü ildən "Bavariya"nın formasını geyinən Robert Levandovski münhenlilərlə 5 dəfə Bundesliqanın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right