"Sabah"ın futbolçusu Cənubi Amerika klubuna keçdi

"Sabah"ın futbolçusu Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, honduraslı hücumçu "Deportes Tolimo"ya transfer olub. Bu barədə klub prezidenti Qabriel Kamarqo məlumat verib. O, Roxasın yanvarda komandaya qoşulacağını deyib.

29 yaşlı futbolçu yayda Kosta-Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçib. Roxasın müqaviləsi mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right