Dris Mertens "Napoli"dən ayrıla bilər

Mövsümün sonunda İtaliyanın "Napoli" klubu ilə müqaviləsi bitəcək Dris Mertens qərarını verməyib.

Newsport.az-ın məlumatına görə, belçikalı hücumçu ilə "Borussiya" ciddi şəkildə maraqlanır. Dortmund təmsilçisi qış transfer dönəmində neapollulara 10 milyon avro təklif edəcək.

"Borussiya" "Napoli"nin təklifi qəbul etməyəcəyi halda, mövsümün sonunu gözləyəcək.

Mertens "Napoli" tarixinin 2-ci bombardiridir. 32 yaşlı futbolçu 303 oyuna 118 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right