PSJ-nin Əmrə Can planı

PSJ "Yuventus"un yarımmüdafiəçisi Əmrə Canı transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisi Almaniya millisinin üzvünün keçidi üçün qarşı tərəfə Leandro Paredesi təklif edib. Əmrə baş məş məşqçi Maurisio Sarri ilə olan münasibətinə görə Turin klubundan getməyi düşünür. "Qoca sinyora" parislilərin təklifinə müsbət yanaşıb.

PSJ Paredesi yayda "Zenit"dən 40 milyon avroya transfer etmişdi. 25 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Əmrə Can bu mövsüm cəmi 7 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right