Simeon Slavçev: "Azərbaycanda vəziyyət çətin idi"

“Qarabağ”dan ayrılan Simeon Slavçev "Topsport"a açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Ağdam klubundan ayrılmasından danışıb:

"Qərara aldım ki oynamalıyam. Azərbaycanda vəziyyət çətin idi. Əcnəbilərə limit tətbiq olunur. Hər çempionat oyununda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdır. Avropa Liqası başa çatandan sonra komanda yalnız daxili çempionatda mübarizə aparır. Ona görə də oynamaq şanslarım xeyli azaldı".

26 yaşlı futbolçu Sofiyanın "Levski" klubuna keçəcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Rəsmi təklif almamışam. Bəzi klublarla şifahi danışıq olub. Ancaq onların adlarını çəkmək doğru olmaz. "Levski" məsələsinə gəlincə, bu barədə nəsə demək istəmirəm. Tezliklə hər şey bilinəcək. Səbirsizliklə yeni klubumu gözləyirəm. Tezliklə qərar qəbul edəcəm. Hazırkı məqamda isə bunu şərh etmək istəmirəm. Köhnə klubumdan yenicə ayrılmışam. Karyeramı harada və necə davam etdirəcəyimi düşünürəm. Təkliflərim var. Bəzi məlumatlar isə sadəcə şayiədir. Gələcəyimlə bağlı heç nə məlum deyil. Bu barədə konkret düşünməmişəm. Səyahət edərkən bütün gecəni yatmamışam. Hələ gözləyirəm. Tezliklə yenilik olacaq. Bolqarıstana qayıtmaq variantını da istisna etmirəm. Futbolda heç nəyi əvvəlcədən bilmək olmur. Yalnız yaxınlarım bilir ki, bundan sonra nə olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right