“Zalsburq”un futbolçusu Liverpulda

“Zalsburq”un futbolçusu Takumi Minamino karyerasını İngiltərədə davam etdirəcək. Newsport.az xəbər verir ki, 24 yaşlı hücumçu bu gün “Liverpul” üçün tibbi müayinədən keçəcək.

Bu barədə “The Times” nəşri məlumat yayıb. Minamino yeni komandasına yanvarda qoşulacaq. “Liverpul” yapon futbolçu üçün “Zalsburq”a 8 milyon avro ödəyəcək.

Qeyd edək ki, Yaponiya millisinin də formasını geyinən Minamino bu mövsüm “Zalsburq” formasıyla 22 oyunda 9 qol vurub və 11 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right