İrqçiliyə qarşı kampaniya etirazla qarşılandı

İtaliyada irqçiliyə qarşı kampaniya başladılıb. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xüsusən də, A seriyasında artan xoşagəlməz hallara etiraz olaraq üzərində meymun şəkli olan afişalar asılıb.

Bu isə tənqidlərə səbəb olub. Əsasən də, A seriyası təmsilçiləri təşkilatçıların etirazlarını yanlış şəkildə bildirdiklərini düşünürlər. "Roma" və "Milan" klubu məsələ ilə bağlı bəyanat yayaraq, təşkilatçıları qınayıb, meymun şəklinin seçilməsinin doğru olmadığını vurğulayıblar.

Qeyd edək ki, son vaxtlar İtaliya çempionatı matçlarında azarkeşlər futbolçulara qarşı irqçi hərəkətlərə yol verməklə diqqət çəkir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right