Messi: "Hazard Ronaldodan fərqlidir"

"Barselona"nın futbolçusu Lionel Messi La Liqada Madrid "Real"ı ilə keçirəcəkləri oyundan öncə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu Eden Hazardla Kriştiano Ronaldonun müqayisəsi barədə verilən sualı cavablandırıb:

"Hazard çox istedadlı futbolçudur. Ronaldodan çox fərqli olduğunu düşünürəm və onda fərqli özəlliklər var. Ronaldonun yerinə keçmək çox çətindir, amma Hazard da yaxşı oyunçudur".

32 yaşlı ulduz insanların uğurları tez unutduğunu qeyd edib:

"İnsanlar məni təəccübləndirir, amma uzun illərdir bu işin içindəyəm və artıq hər şeyə bələdəm. Zidan geri qayıdanda aldığı ardıcıl 3 Çempionlar Liqasının heç bir önəmi qalmamışdı. İnsanlar hər şeyi tez unudur. Zidan özü də azarkeşlərin ondan hər şeyi yenidən istədiklərini bilir".

"El-Klasiko" sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right