Ramon Monçi Cengiz Ündəri "Sevilya"ya aparır

Zədəsini sağaltdıqdan sonra "Roma"da əsas heyətə düşməkdə çətinlik çəkən Cengiz Ündərlə bağlı yeni məlumat yayılıb.

Newsport.az xəbər verir ki, İspaniyanın "Sevilya" klubunun idman direktoru Ramon Monçini türkiyəli yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib. Məşhur funksioner İtaliya klubu ilə danışıqlara start verib.

Ramon Monçi Cengiz Ünderi 2017-ci ildə "Başakşəhər"dən "Roma"ya 15 milyon avro qarşılığında transfer etmişdi.

"Roma"nın baş məşqçisi Paulu Fonseska 22 yaşlı oyunçunun əsas heyətə qayıtması üçün çox çalışmalı olduğunu açıqlamışdı.

Türkiyə millisinin üzvü bu mövsüm 9 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right