Türkiyəli məşqçi Bosniya klubunda

Türkiyəli məşqçi Ümit Özatın yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis Bosniya və Herseqovinada çalışacaq. O, bu ölkənin “Çelik” klubunun baş məşqçisi təyin olunub. Zenitsa təmsilçisi Özatla 1,5 illik müqavilə imzalayıb.

Türkiyəli mütəxəssis karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor" və "Adana Dəmirspor"u çalışdırıb.

"Çelik" çempionatda 19 turdan sonra 12 komanda arasında 16 xalla 11-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right