Millimizin hücumçusu Tunis klubunda

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni komandası müəyyənləşib. Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək. Belə ki, o, "Kartaj" klubu ilə anlaşıb. Müqaviləyə əsasən yığmamızın üzvü 2019-20 mövsümünü "Kartaj"ın heyətində keçirəcək.

"Azərreyl"in sabiq üzvü karyerası ərzində Rusiya və Fransada da legioner həyatı yaşayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right