Kamal Mirzəyev məhsuldar ötürmə etdi, komandası parlaq qələbə qazandı

Küveyt Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Sahel"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Kamal oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmada 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunu yüksək səviyyədə keçirən Kamal 47-ci dəqiqədə Fabianonun vurduğu qolun ötürməsini verib. 

Kamal Küveyt çempionatında daha öncə qol vurmuşdu.

"Əl-Salmiyə" 14 xalla 10 komanda arasında 2-ci yerdə qərarlaşıb.

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right