Eltun Turabov Azərbaycana qayıtdı

Albaniya Super Liqasında 15-ci turun görüşləri keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış elədiyi "Biliş" səfərdə autsayder "Flamurtari" ilə heç-heçə edib - 2:2.

Zədəli olan Eltun qarşılaşmanın iştirakçısı olmayıb. Albaniya çempionatda yaranmış fasiləyə görə 22 yaşlı müdafiəçi Bakıya qayıdıb. O, 10 gün zədəsini müalicə etdirəcək.

"Biliş" mövsümü ilk dövrəsini 24 xalla 4-cü pillədə başa vurub. Komanda lider "Kukesi"dən 3 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right