Antonio Konte keçmiş futbolçusunu istəyir

İtaliya A Seriyasında "Yuventus"un hegemonluğuna son qoymaq istəyən "İnter" qış fasiləsində bir neçə transferlə heyətini güclədnirmək istəyir.

Newsport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Antonio Konte "Çelsi"də rəhəbərliyi altında oynamış Markos Alonsonun transfer edilməsini istəyir. Sol cinahda problemlər olduğunu düşünən italiyalı mütəxəssis Alonso ilə boşluğu aradan qaldırmaq fikrindədir. 

Milan təmsilçisi baş məşqçinin tələbi ilə "Çelsi" ilə danışıqlar aparacaq. "Çelsi"də az şans qazanan 29 yaşlı futbolçunun yenidən İtaliyaya qayıtmaq arzusunda olduğu bildirilir.

"Çelsi" ispan müdafiəçini 2016-cı ildə 27 milyon avroya "Fiorentina"dan transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right