20 yaşda bundesliqanın tarixinə düşdü

“Bayer”in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.

Newsport.az saytının məlumatına görə, “Köln”lə matç onun Almaniya yüksək liqasında 100-cü oyunu olub. Bununla da o, bundesliqada bu qədər sayda görüş keçirən ən gənc futbolçu (20 yaş 186 günündə) olub. Buna qədər rekord 20 yaş 203 günündə “Leyptsiq”li Timo Vernerə məxsus idi.

Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right