Agenti "Milan"dan ayrılacağını açıqladı

İsveçrə millisinin üzvü Rikardo Rodriqes qışda "Milan"dan ayrılmağa hazırlaşır.

Newsport.az saytının məlumatına görə, bu barədə futbolçunun agenti Canluka Di Domeniko açıqlama verib:

"Rodriqes mövsümün ikinci hissəsində daha çox oynamaq istəyir. Klubun idman direktoru Paolo Maldini ilə görüşdük və futbolçunun çox oynamaq istəyinə görə ayrılıq tələbəimizi qəbul etdi".

Agent isveçrəli müdafiəçinin "Napoli"yə keçəcəyi iddialarına da münasibət bildirib:

"Rikardonun Cennaro Qattuzo ilə yaxşı münasibəti var. Bu məlumatlar rəsmi deyil, söz-söhbətlərdir. Bizə rəsmi təklif olmayıb. Rodriqes Avropa çempionatına pik formada getmək istəyir. Buna görə də daim oynayacağı kluba getməlidir".

27 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 4 oyun keçirib. "Milan" Rodriqesi 2017-ci ildə "Volfsburq"dan 17 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right