Maradona bu uşaqların qəlbini belə qırdı

İnternetdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə bağlı kütləvi narazılığa səbəb olmuş video yayılıb.

Newsport.az saytının məlumatına görə, video Meksikada “Dorados” klubunda işlədiyi vaxt (2018/19 mövsümündə) çəkilib. Orada görünür ki, Maradona tribunada olan uşaqlara yaxınlaşaraq onlara avtoqraf verir. Bu zaman onların sabiq futbolçuya sevgidən irəli gələrək “Dieqo, Dieqo” çağırışına sonuncu kobudcasına cavab verir.

Maradona onlara deyir: “Baxın, sizə bir şey deyəcəyəm. Əgər yenə də “Dieqo” deyib qışqırsanız, çıxıb gedəcəyəm. Başa düşdünüz? Başa düşdünüz? Mən sizə hörmət edirəm və tələb edirəm ki, siz də mənə hörmət edəsiniz. Daha heç nə deməyəcəyəm. Əgər siz bir də “Dieqo, Dieqo, Dieqo” qışqırsanız, gedəcəyəm. Bu, mənim üçün problem deyil”.

Qəlbi qırılan uşaqlar Maradonanın bu tələbini yerinə yetirirlər. Uşaqlardan biri sonradan yenə “Maradona” deyib qışqıranda isə digəri “Ssss...” deyərək onu sakitləşdirməyə çağırıb.


 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right