Jiru "Çelsi"ni "İnter"ə dəyişir

“Çelsi”nin hücumçusu Olivye Jiru qış fasiləsində “İnter”ə transfer olacaq.

 

Newsport.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı forvardla razılığa gəlib. Klubların da anlaşacağı halda, transfer rəsmiləşəcək. London təmsilçisinin milanlılardan böyük məbləğ tələb etməyəcəyi vurğulanıb.

 

2018-ci ilin yanvarından “Çelsi”də çıxış edən Jirunun müqaviləsi mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right