Rüfət Dadaşovdan növbəti qol

Almaniya III Bundesliqasında XIX tura start verilib.

 

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

 

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu Dadaşov vurub. 36-cı dəqiqədə fərqlənən Rüfət cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

 

Münster klubu 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right