Krasson: "Qarabağ"a vurduğumuz təmiz qol sayılmadı"

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson "Qarabağ"la Avropa Liqası matçı (1:1) barədə açıqlama verib.

 

Newsport.az xəbər verir ki, belçikalı mütəxəssis komandasının təmiz qolunun sayılmadığını deyib:

 

"Biz rəqibdən daha yaxşı oynadıq. Qazanılan xala layiq idik. Avrokuboklarda iştirak, xallar yaxşı nəticədi. Amma burada qazandığımız 1 xala baxmayaraq, məyusluq hökm sürür. Bu cür yarışda VAR sisteminin olmaması həqiqətən xoşagəlməzdi. Çünki qaydalar çərçivəsində vurduğumuz qol hesaba alınmadı. Cəmi bir neçə saniyə sonra ekranda ofsayd olmadığı göründü. Buna dözmək məcburiyyətindəsiz, amma qərarla razılaşmaq asan deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right