Ronaldinyo: "Messi tarixin yox, öz dövrünün ən yaxşısıdır"

Ronaldinho Lionel Messinin 6-cı dəfə "Qızıl top" qazanması barədə danışıb.

 

Newsport.az xəbər verir ki, buna görə sevindiyini deyən Braziliya futbolunun canlı əfsanəsi sabiq komanda yoldaşının tarixin ən yaxşısı sayılmasına da münasibət bildirib:

 

"Messiyə görə sevindim. "Barselona"nı təmsil etməsi ilə yanaşı, o həm də mənim dostumdu. Müqayisələri sevmirəm, kimin ən yaxşı olduğuna qərar vermək çox çətindi. Maradona, Pele, Ronaldo kimi futbolçular var. Messinin tarixin ən yaxşısı olduğunu deyə bilmərəm, amma öz dövrünün ən yaxşısıdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right