21 yaşında ikinci dəfə bu adı qazandı

ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu seçilib. 

Newsport.az saytının məlumatına görə, Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən Kristian Pulişiç Birləşmiş Ştatların ən yaxşı futbolçusu adına layiq görülüb.

21 yaşlı cinah yarımmüdafiəçisi səslərin 38 faizini toplamaqla digər həmkarlarını qabaqlayıb. Cordan Morris (“Sietl”) ikinci (35 faiz), Ueston Makkenni (“Şalke”) isə üçüncü (13 faiz) olub.

Pulişiç karyerası ərzində ikinci dəfə bu adı qazanır. O, 2017-ci ildə də - 19 yaşında ən yaxşı futbolçu adına layiq görülmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right