"Düdelanj"ın futbolçusu Əsgər salamına görə

UEFA-nın Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarı bəlli olub. 

Newsport.az-ın məlumatına görə, bunun üçün yığmaya hər hansı bir cəza tətbiq edilməyib.

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. UEFA bundan sonra yığmaya qarşı intizam işi başlatdığını açıqlayıb.

AVR0-2020-nin əsas mərhələsində A qrupunda yer alan komanda iki matçını Bakıda keçirəcək. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək.

İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right